Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı məktəblilərinə mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirildi

0

  • 20.04.2022-ci il tarixdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar,
    Yaloba və Başkənd kənd tam orta məktəblərinin X və XI sinif şagirdləri üçün mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirildi.

    Tədbirdə Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər
    Təhsilin təşkili və idarə olunması şöbəsinin baş məsləhətçisi Əhliyət
    Adıgözəlov, Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Azərbaycan Respublikası Minaaxtarma Agentliyinin Göygöl Regional Təlim Mərkəzinin təlimatçısı Vasif
    Cəbrayılov, II Qarabağ müharibəsi iştirakçısı
    Həzrət Quliyev, qazi Rüfət Novruzov, məktəb rəhbərlikləri və şagirdər iştirak etdilər.Minatəmizləmə Agentliyinin mütəxəssisi Vasif Cəbrayılov ANAMA-nın fəaliyyətindən danışdı, mina və partlamamış hərbi sursatlar
    haqqında məlumat verdi, məktəblilərə mina
    təhlükəsindən qorunmaq üçün maarifləndirici bukletlər təqdim etdi.

    Maarifləndirici tədbirdə II Qarabağ müharibəsi
    iştirakçısı Həzrət Quliyev, qazi Rüfət Novruzov öz döyüş yolu xatirələrini
    danışdılar. Minaların tanınması üsulları, partlayıcı vasitələrdən qorunmaq barədə şagirdlərə bildikləri haqqında məlumat verdilər. Belə
    maarifləndirici tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu
    bildirdilər. Xocalı RTŞ-nin müdiri Şakir Əliyev çıxışında təhsilimizə göstədikləri diqqət və qayğıya görə Təhsil naziri Cənab Emin Əmrullayevə, Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlova Xocalı rayon təhsil işçiləri adından minnətdarlığını bildirdi. Vurğuladı ki, məktəblərimizdə qarşıya qoyulan məqsəd və hədəflərə çatmaq üçün bütün lazımi işlər həyata keçirilir. 

    Mövzu ilə bağlı Təhsil Nazirliyinin
    nümayəndəsi Əhliyət Adıgözəlov çıxış edərək 44 günlük haqq savaşımızda Müzəffər Ordumuzun
    hünərindən söz açdı. Bildirdi ki, Ali Baş Komandanımızın təbirincə desək,
    düşməni torpaqlarımızdan iti qovan kimi qovduq. Artıq işğaldan azad olunmuş torpaqlarımızda
    quruculuq-abadlıq işlərinə başlanılıb. Böyük Qayıdış layihəsi uğurla icra edilir. Ancaq
    mənfur düşmənlərin barbarlıq izləri torpaqlarımızdan hələ tam silinməyib.
    Düşmənlərin basdırdığı minalar doğma yurd yerlərinə qayıdan həmvətənlərimiz üçün təhlükə yaradır. Buna
    görə də ehtiyatlı olmalı, mina təhlükəsi ilə bağlı biliklərimizi artırmalı və ətrafımızda
    olan insanlara da çatdırmalıyıq.Tədbirin sonunda məktəblilərlə xatirə şəkli çəkdirildi.  
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib43 dəfə
    Xocalı məktəblilərinə mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirildi

    Maraqlı gələ bilər
    34
    137
    22